11 Fevral 2015 11:01
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

BŞTİ-dən Teleqraf.com-a verilən məlumata görə, növbəti səyyar qəbul fevralın 13-ü Səbayel rayonunda keçiriləcək. Səbayel rayonu üzrə 160 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 2, 7, 49, 50, 51, 87 (axşam – qiyabi), 91, 160, 162, 163, 189-190, 203, 219, 236, 239, 329 nömrəli məktəblər və 2 nömrəli Uşaq Gənclər Şahmat İdman Məktəbi, 9 nömrəli Uşaq Gənclər İdman Məktəbi, 20 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi və 35 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbul saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.

SEVİL


Müəllif: