29 Sentyabr 09:42
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evdə hazırlanmış tomat pastası təkcə dadı ilə deyil, həm də vitamin mənbəyi kimi seçilir. Araşdırmalara görə, pomidor və bibər pastası ürək sağlamlığını qoruyur, xərçəng riskini azaldır və immuniteti gücləndirir.

Teleqraf.com xəbər verir ki, türkiyəli dietoloq Betül Mert sağlam tomat pastasının necə hazırlanma qaydaları və onun bilinməyən faydalarından söz açıb.

Tomat pastasının qabları şirinləşdirən əhəmiyyətli bir qida qaynağı olduğunu ifadə edən Mert deyib: "Pasta on illərdir yay aylarında yetişdirilən pomidor və ya qırmızı bibərlə hazırlanır. Evdə sterilizasiya qaydalarına uyğun hazırlanan tomat pastası saxlama şərtlərinə əməl olunarsa, daha sağlam qida sayılır”.

Dietoloq bildirib ki, qırmızı bibər pastası, bibərin gövdəsi və tumlarını çıxardıqdan sonra günəş altında duzlanıb qurudularaq hazırlanır.

Tomat pastasının oksigenə məruz qaldığı zaman tez xarab ola biləcəyini, rəngini, dadını və teksturasını dəyişə biləcəyini vurğulayan Merd düzgün saxlama qaydalarını belə sıralayıb:

"Tomat pastası üçün düzgün qab seçilməlidir. Bankalar şüşədən hazırlanmalı və qapaqları hava keçirməz olmalıdır. Düzgün seçilmiş qablar qidanın ləzzətini qoruyacaq və arzuolunmaz kimyəvi maddələrin tomat pastasına təsir etməsinin qarşısını alacaq.

Qablar istifadədən əvvəl düzgün sterilizasiya edilməlidir.

Qarışdırmaq və bağlama prosesi başa çatdıqdan sonra tomat pastası sərin, qaranlıq yerdə saxlanmalıdır. Temperaturun dəyişməsi və birbaşa günəş işığı olmayan yerlər seçilməlidir.

Ən yaxşı dadı əldə etmək üçün 6-8 ay ərzində istehlak etmək idealdır.


Müəllif: İradə Tağızadə

Oxşar xəbərlər