15 May 2014 12:04
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il yanğın baş vermiş “Karvan” Ticarət Mərkəzində yanan mağazalardan birinin sahibi böyük məbləğdə sığorta ödənişi alıb. Söhbət mərkəzdəki qiymətli saatlar mağazasından gedir.

Teleqraf.com fins.az-a istinadən xəbər verir ki, bu barədə “Atəşgah Sığorta” şirkətinin müştərilərlə iş şöbəsinin müdiri Vüqar Hüseynli bildirib.

Belə ki, Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzində yanğın zamanı qiymətli saatların satıldığı mağaza da yanıb. Hadisə nəticəsində mağazanın içindəki qiymətli saatlar və aksessuarlar tamamilə tamamilə məhv olub. Sahibkara külli miqdarda ziyan deyib. Vüqar Hüseynli əlavə edib ki, dəymiş zərərlə bağlı “Atəşgah Sığorta” şirkəti sığortalıya 100 min dollara yaxın (daha dəqiq 73 650,13 ) manat sığorta ödənişi edib.

Xatırladaq ki, Sumqayıtda yerləşən "Karvan" Ticarət Mərkəzində 2013-cı il oktyabrın 19-da baş vermiş yanğın nəticəsində 1000-ə yaxın ticarət obyekti yanıb.


Müəllif: