Xəzər, Sabunçu və Binəqədi rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə "Azəriqa" İB məlumat yayıb.
Məlumata görə, Xəzər, Sabunçu və Binəqədi rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Stansiya Qala yaşayış massivi, Ləhiş bağları ərazisində, həmçinin Binəqədi şosesi-1, 1-ci, 2-ci, 3-cü Mədən əraziləri, M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsi, Baksol ərazisi, Zəngəzur yaşayış massivi ərazisində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.