29 Sentyabr 17:36
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər hansı qidaların siqaretdən daha təhlükəli olduğunu açıqlayıblar.

Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, alimlər apardıqları araşdırmalar nəticəsində "fast-food"un orqanizmə siqaretdən daha çox zərər verdiyini müəyyən ediblər.

Mütəxəssislər 10 milyona yaxın insanın iştirakı ilə 10-dan çox elmi işi əhatə edən genişmiqyaslı araşdırma aparıblar.

Tədqiqatın müəlliflərinin fikrincə, hamburgerlərin, qablaşdırılmış hazır məhsulların, çipslərin, şəkərli taxıl məhsullarının, qazlı içkilərin istehsalı çoxlu sayda sənaye prosesinə əsaslanır. Belə qidaların tərkibində süni rənglər, emulqatorlar, süni dadlandırıcılar var və demək olar ki, heç bir lif və vitamin yoxdur.

Alimlər müəyyən ediblər ki, “fast-food” yemək depressiya, narahatlıq yarada bilər. Bununla yanaşı, bu cür qidalanmaq diabet, ürək problemləri və xərçəngə səbəb olur. Ultra işlənmiş qidalar ümumilikdə 32 zərərli təsirlə əlaqləndirilir.

Deakin Universitetinin tədqiqatçısı Melissa Leyn yuxarıda göstərilən məhsulların siqaretdən daha təhlükəli olduğunu açıqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər