15 May 2014 12:53
2 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin Ələtdə salınan yeni bazasında olub.


Publika.az-ın əldə etdiyi məlumata görə, Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin sərəncamı və tapşırığına əsasən yaradılan hərbi bazanın ərazisindəki vəziyyətlə və inşası davam etdirilən obyektlərdəki işlərlə tanış olublar.


Müdafiə naziri hərbi-dəniz bazasındakı qərargah binası, yataqxana, tibb məntəqəsi, yeməkxana və məişət kompleksi, zabitlərin və onların ailələrinin yaşaması üçün yaşayış binalarındakı tikinti-tamamlama işlərinin yekunlaşdırılması, o cümlədən aparılan digər inşaat işlərinin sürətlə davam etdirilməsi ilə əlaqədar tapşırıqlar verib.


Müəllif: