9 Oktyabr 09:48
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İcbari tibbi sığorta çərçivəsində ambulator və ya stasionar şəraitdə istifadəsinə təminat veriləcək dərman vasitələri xidmətlər zərfi ilə müəyyən olunacaq".

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli "Xəzər Xəbər"ə bildirib.

Onun sözlərinə görə, İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı şəxsin tibbi yardım alması ilə bərabər onların dərman və tibb vasitələrindən istifadə etməsini təmin edəcək.

Qeyd edək ki, heç bir sui istifadə hallarına yol verməmək şərtilə bu istiqamətdə nəzarət mexanizmləri qurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər