9 Oktyabr 11:47
4 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Romantik münasibətlərdə partnyorların fərqli gözləntiləri mübahisələrə səbəb ola bilər. Bəziləri şəffaflığa üstünlük versə də, digərləri daha introvert ünsiyyət tərzini qəbul edir. Cütlüklər arasında güc mübarizəsi də bəzən münasibətlər üçün çətinliklər yaradır.

Teleqraf.com münasibətlərində problem olan cütlüklərin bürclərini təqdim edir.

Xərçəng və Şir - Həssas təbiəti ilə tanınan Xərçəng bürcü Şir bürcünü eqoist hesab edir. Şirlərin tez-tez özünü tərifləmələri daha təvazökar Xərçəngləri özündən uzaqlaşdıra bilər. Şir Xərçəngi etibarsız və zəif olmaqda günahlandırır.

Əqrəb və Əkizlər - Əqrəb balans gözləməyən Əkizlərə irad tutur. Əkizlərin ani emosional dəyişiklikləri təhlükəsizlik axtaran Əqrəbə qorxunc görünə bilər. Hisslərini və düşüncələrini tez-tez paylaşan Əkizlər gizliliyi üstün tutan Əqrəbi anlamaqda çətinlik çəkəcək. Digər tərəfdən, fərdi həyat tərzinə meylli olan Əqrəblərlə müqayisədə Əkizlər üçün sosiallıq daha vacibdir.

Oğlaq və Tərəzi - Oğlaq bürcü ən intizamlı bürc kimi tanınır. Oğlaqlar üçün məsuliyyət vacibdir və onlar romantik münasibətlərində tərəfdaşlarından sabitlik gözləyirlər. Tərəzi daha müstəqildir, sabah Tərəzinin nə istədiyi ilə maraqlanmaya bilər. Bu iki bürc işarəsinin azadlıq anlayışları da ziddiyyət təşkil edir.

Dolça və Buğa - Dolça bürcünün xəyalpərəst təbiəti həyata daha konkret prizmadan baxan Buğa bürcünə uşaqca görünə bilər. Bundan əlavə, daha çox plangir olan Buğalar Dolçanın pərakəndə həyatına uyğunlaşmaqda çətinlik çəkirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər