9 Oktyabr 14:42
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Toyota Absheron Merkezı” MMC (VÖEN – 3103678821) olub.

Teleqraf.com yeniavaz.com-a istinadla xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyi “Toyota Absheron Merkezı” MMC-dən dəyəri 145 min 300 manat olan 1 ədəd avtomobil alacaq.

Bildirilir ki, istehsal ili 2024-cü il olan “SUV/Offroad” ban növünə malik 5 qapılı avtomobilin mühərrik gücü 2400-3500 kub sm. olmalı və benzilə işləməlidir.

Qeyd edək ki, hazırda satışda olan və bu göstəricilərə uyğun olan “Toyota Land Cruiser” modelləridir.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Toyota Absheron Merkezı” MMC 12 yanvar 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Bakı-Quba Şossesi, ev 6 KM-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Cəmil Böyükağa oğludur.
Onu da bildirək ki, “Toyota” avtomobillərinin Azərbaycandakı satışını həyata keçirən “Toyota Absheron Merkezı” MMC tanınmış iş adamı İsgəndər Xəlilova məxsus olan “İSR Holdinq” şirkətlər qrupuna daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər