9 Oktyabr 15:14
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeməkdən dərhal sonra mineral su içmək həzm problemlərinə həll yolu axtaran bir çox insanların üstünlük verdiyi üsuldur. Ancaq bu vərdişin sağlamlığa təsiri mütəxəssislərin müzakirə mövzusudur.

Teleqraf.com xəbər verir ki, qida mühəndisləri və dietoloqlar yeməkdən dərhal sonra mineral su içərkən nəzərə alınmalı bəzi vacib məqamları vurğulayırlar.

Mineral su turşulu içki olsa da, digər turşulu içkilərdən daha az zərərlidir. Mineral suyun turşu təbiəti təbii karbon qazından qaynaqlanır və tərkibində zərərli turşular yoxdur.

Mədə probleminiz yoxdursa, mineral sudan rahatlıqla istifadə edə bilərsiniz. Bununla belə, həddindən artıq istehlak mədə narahatlığına səbəb ola bilər. Buna görə də diqqətli olmaq vacibdir.

Yeməkdən sonra mineral su içmək mədə turşusuna təsir edə bilər. Mədə həzmə lazım olan turşu istehsalı üçün işləyir. Yeməkdən dərhal sonra mineral su içmək mədənin turşuluğunu artıra bilər ki, bu da həzm prosesinə mənfi təsir göstərir.

Mineral suyun tərkibindəki karbon qazı mədənin turşu balansını poza və mədə turşusu istehsalında tənbəlliyə səbəb ola bilər. Zamanla mədə bu vəziyyətə alışır və həzm prosesini daha yavaş həyata keçirə bilir. Ancaq bu tənbəllik adətən ciddi sağlamlıq problemi yaratmır.

Mütəxəssislər mineral suyu yeməkdən dərhal sonra yox, yeməkdən ən azı 25-60 dəqiqə sonra içməyi məsləhət görürlər. Bu, mədənin turşu balansını saxlamağa kömək edir və həzmi dəstəkləyir. Bundan əlavə, tərkibindəki faydalı qazların itməsinin qarşısını almaq üçün stəkan əvəzinə butulkadan mineral içmək çox vacibdir.

Kalsium və maqnezium kimi minerallar bədən sağlamlığına müsbət təsir göstərir. Hər bir insanın sağlamlıq vəziyyəti fərqli olduğundan, mineral su istehlakını şəxsi ehtiyaclarınıza uyğun tənzimləmək daha yaxşıdır.


Müəllif: Mələksəda Zeynallı

Oxşar xəbərlər