10 Oktyabr 11:14
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində vətəndaşların kommunikasiya xətlərinə əlçatanlığı və vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb.

Teleqraf.com xəbər verir kiAzərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məxsus kommunikasiya xətləri ilə bağlı monitorinqin nəticələrinə əsasən, qaynar xətt üzrə günün birinci və ikinci yarısında edilən bütün zənglərə yüksək operativliklə cavab verilib. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 2 dəqiqə 26 saniyə, günün ikinci yarısında 2 dəqiqə 46 saniyə olub.

Monitorinq müddətində Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin stasionar nömrəsi üzrə günün birinci və ikinci yarısında cavab verilmiş zəng qeydə alınmayıb.

Qaynar xətt üzrə bütün monitorinq nəticələri müsbət olub. Belə ki, günün birinci və iinci yarısında edilən bütün zənglərə cavab verilib. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 8 saniyə, günün ikinci yarısında 6 saniyə təşkil edib.

Nəticələrin təhlili Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məxsus stasionar nömrəsi üzrə zənglərin mütləq əksəriyyətinə (95.5%) cavab verildiyini, 4.5%-nə cavab verilmədiyini göstərib. Cavab verilmiş zənglər üzrə gözləmə müddəti günün birinci yarısında 12 saniyə, günün ikinci yarısında 9 saniyə olub.

Nəticələrin müxtəlif dövrlər üzrə təhlili qurumun stasionar xəttinin fəaliyyəti və zənglərin cavablandırılması ilə bağlı son 3 ildə müsbət dinamikanın dəyişmədiyini deməyə əsas verir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin stasionar nömrələrinə edilən zənglərin təqribən yarıya yaxınına, yəni 45.5%-nə cavab verilib, yarıdan çoxuna və ya 54.5%-nə cavab verilməyib. Cavab verilmiş zənglər üzrə gözləmə müddəti günün birinci yarısında 9 saniyə, günün ikinci yarısında 12 saniyə olub.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 22 may – 27 iyun 2024-cü il tarixində 39 dövlət orqanı (qurumu) və 77 yerli icra hakimiyyəti orqanı olmaqla ümumilikdə 116 dövlət orqanının (qurumun) stasionar və qaynar xətlərinə təqribən 3500-ə yaxın zəng edilib. Monitorinqin nəticələrinə əsasən, stasionar nömrələr və qaynar xətlər üzrə ümumilikdə 1927 zəngə (59.2%) cavab verilib, 1328 zəngə (40.8%) cavab verilməyib. 198 zəng üzrə nömrə məşğul olub və ya aktiv olmayıb.

Monitorinq çərçivəsində dövlət orqanları (qurumları) üzrə 25 mərkəzi icra hakimiyyəti orqanının stasionar və qaynar xətlərinə edilən zənglərin ümumilikdə 68.4%-nə (617 zəng) cavab verilib, 31.6%-nə (285 zəng) cavab verilməyib.

Dövlət orqanlarının (qurumlarının) və yerli icra hakimiyyəti orqanlarının kommunikasiya xətlərinin günün birinci və ikinci yarısında olmaqla ikimərhələli şəkildə monitorinqi həyata keçirilib.

Monitorinq çərçivəsində edilən bütün zənglərin video qeydiyyatı aparılıb.

Monitorinq yekunlaşdıqdan sonra toplanılan məlumatlar qurumlar və kateqoriyalar üzrə təsnifatlaşdırılıb. Müvafiq qurumlar üzrə təsnifatlaşdırılan məlumatlar bazaya daxil edilərək xüsusi proqram SPSS – (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib və yekun nəticələr əsasında hesabat hazırlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər