10 Oktyabr 12:39
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən universitetlərin 70 %-də süni intellektlə bağlı təhsilin verilməsi planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.

O bildirib ki, Azərbaycan üçün güclü süni intellekt strategiyası hazırlanıb: "Süni intellektlə bağlı araşdırma məqalələrinin sayında 50 %-lik artım var. Böyük universitetlərdən birində tamamilə süni intellekt əsaslı innovasiya mərkəzinin yaradılmasını hədəfləmişik. Bundan əlavə təkcə dövlət qurumlarında deyil, həmçinin özəl sektorda da süni intellektdən istifadə ilə bağlı ssenarilər hazırlayırıq".


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər