Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıdakı bəzi velosiped yollarında təhlükəsizlik sədləri yerləşdirib.
Teleqraf.com bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, paytaxtın Zərifə Əliyeva küçəsində velosiped yollarında 2 ədəd velosiped yol nişanı və 22 ədəd təhlükəsizlik səddi quraşdırılıb. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün Yusif Səfərov küçəsində də mikromobillik zolağında 22 ədəd təhlükəsizlik səddi yerləşdirilib.