"Həyatımda gördüyüm ən ecazkar COP-dur. Bakı bu sahədə çox güclü ixtisaslaşıb".
Bu sözləri Teleqraf.com-a açıqlamasında Pakistanın Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alam deyib:
"Burada Pakistan və Azərbaycanın möhtəşəm dostluğunu da vurğulamaq lazımdır. Ona görə də Pakistan COP29-da yüksək səviyyədə iştirak etməlidir. Azərbaycanla Pakistanın əməkdaşlığı və qardaşlığı təkcə iqlimlə bağlı məsələlərdə deyil, həm də digər sahələrdədir.
Düşünürəm ki, Azərbaycan və Paksitan prezidentləri arasında dostluq yüksək səviyyədədir. Hətta Azərbaycan prezidentinin Pakistana səfərindən bunu görmək olar. Dostluğumuz güclüdür və daha da güclü olacaq".