"Azərbaycan "yaşıl bacarıqlar"ın inkişafına fokuslanıb".
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Ölkəmizdə bu istiqamətdə müxtəlif layihələrə start verildiyini qeyd edən nazir "Yaşıl iqtisadiyyat"a keçidin uğurlu gedişatı üçün insan kapitalının inkişafına yönəlmiş kreativ yanaşmaların vacibliyinə də diqqət çəkib. O, bu keçid prosesinin sosial və əmək hüquqlarının qorunması baxımından ədalətli və inklüziv bir mühitdə həyata keçirilməli olduğunu bildirib.
Sahil Babayev əlavə edib ki, insan resurslarının əmək bazarında baş verən dəyişikliklərə uyğun inkişaf etdirilməsi əsas hədəflərdən biridir.