İqlim dəyişikliyi insanların sağlamlığına birbaşa təsir göstərir, onlar bir-biri ilə birbaşa əlaqəlidir.
Teleqraf.com xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 çərçivəsində səhiyyə məsələləri üzrə yüksək səviyyəli nazirlər görüşündə bildirib:
"Sağlamlıq həyatın, insan inkişafının, iqtisadi rifahın təməl daşıdır. Sağlamlıq iqlim problemlərinin həllində səylərimizin mərkəzi elementi olaraq qalmalıdır".
Yalçın Rəfiyev qeyd edib ki, Bakıda imzalanan iqlim və sağlamlıq üzrə niyyət müqavilələri sağlamlığın iqlim fəaliyyətlərinə inteqrasiyasının strateji baxışını təmsil edir: "Bunlar iqlimə davamlı, aşağı karbonlu səhiyyə sistemləri və müəssisələrinin yaradılması, həmçinin risklərin azaldılması üçün inteqrasiya edilmiş iqlim monitorinqi və erkən xəbərdarlıq sistemlərinin yaradılması kimi iddialı hədəfləri vurğulayır".