19 Noyabr 16:05
256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edən Türkiyənin İqlim Dəyişikliyi Bürosunun rəhbəri Halil Hasar (Xəlil Hasar) Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Halil bəy, COP29-un Bakıda keçirilməsini necə dəyərləndirirsiniz?

- Bu, çox böyük tədbirdir, onun Bakıda keçirilməsini çox gözəl qarşılayıram. Bakı da, Ankara da mənim üçün eyni dərəcədə əzizddir. Bizim üçün fərqi yoxdur. Konfransın Bakıda baş tutması bizi çox sevindirir.

Azərbaycan paytaxtı COP29-a yüksək səviyyədə hazırlaşıb, Bakı çox gözəl, səliqəli, dostca olan bir şəhərdir. Bakının çox böyük təşkilatçılıq istedadı var. Ona görə də belə bir təşkilatçılığın Azərbaycanda baş tutması bizi çox xoşbəxt edir.

- Necə düşünürsünüz, COP29 iqlim məsələləri üzrə problemlərin həllində nə kimi rol oynayacaq?

- Hazırda bütün ölkələrin və tərəflərin şüurlu bir şəkildə iqlim məsələrindəki problemlərin həlli üçün masaya oturması lazımdır. Bəziləri məsələnin həlli üçün masa arxasına keçir, digərləri kənara çəkilib məslənənin həllində rol oynamırsa, onda nəticə hasil olmaz.

Bakının COP29-a rəhbərlik etməsi iqlim sahəsindəki problemlərin həllini tapacaq imkana və diplomatik biliyə malikdir. Çox ciddi çalışırıq və konfranslarda müzakirələr aparırıq. Mən təxmin edirəm ki, bu həftə daha gözəl nəticələr əldə edəcəyik.

- Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin COP31-ə ev sahibliyinə namizədliyini irəli sürdü. Bu haqda nə deyə bilərsiniz?

- Bəli, Türkiyə COP31-ə uzun zamandır ki, namizəddir. Prezident Rəcəb Tayyib Ərdoğan keçən il BMT-nin Baş Məclisinin yerləşdiyi Baş Məclis Binasında COP31-ə namizəd olacağımızı ifadə etdi. Ondan öncə də Misirdə baş tutan COP-da Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum Türkiyənin COP31-ə namizəd olacağını açıqladı.

COP31-in tarixi yaxınlaşdığı üçün Bakıda bu məsələ yenidən gündəmə gəldi. COP31-ə aid işlərimizi yavaş- yavaş həyata keçiririk. COP31-in tarixi yaxınlaşdıqca hazırlığımızı daha da sürətləndirdik.

- İqlim dəyişikliyinin qarşısını almaq üçün görülməli olan əsas tədbirlər, sizcə, hansılardır?

- İqlim dəyişikliyinin qarşısını almaq üçün bütün ölkələrin birlikdə kollektiv hərəkət etməsi vacibdir. İxracı azaltmaq üçün yüksək texnologiya tələb olunur. Texnologiya üçün isə pul lazımdır. Buna görə də pulsuz bu məsələ inkişaf etməz.

Bir tərəfdə inkişaf etmək istəyən ölkələr var, onlar texnologiyalarını və insanların rifah səviyyəsini, yaşam tərzini yüksəltmək istəyirlər. Digər tərəfdən iqlimi çirkləndirmiş ölkələr ixtacı azaltdıqca mübahisilər ortaya çıxır. Amma bir həqiqət də var ki, dünya tükənir. Biz hardasa bunu görməyə bilərik, amma uşaqlarımızın nə qədər böyük təhlükə altında olduğunu gözardı edə bilmərik.

- Ölkələr birgə çalışsalar doğrudanmı iqlim dəyişiliyinin qarşısını ala bilərlər?

- Bəli, ölkələr birlikdə çalışsalar iqlim dəyişikliyinin qarşısını ala bilərlər. "Paris Sazişi" bu baxımdan səmərəlidir. Hər ölkə özünəməxsus şərtlərə əsasən ixracı azalda bilər.

Gərək hər ölkə mübarizə aparsın, bir tərəfdən inkişaf edərkən digər tərəfdən mübarizəni dayandırmasın. Həmçinin cəmiyyətimizi, şəhərlərimizi və burada yaşayan vətəndaşlarımızı iqlim fəlakətinə qarşı məlumatlandırmalıyıq.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər