10:22
12 Punto 14 Punto 16 Punto 18 Punto

"COP tarixində ilk dəfədir ki, turizm COP gündəliyinə inteqrasiya olunur".

Teleqraf.com xəbər verir ki, bunu COP29 çərçivəsində Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev deyib.

“COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan bütün sektorlar üzrə iqlimlə bağlı tədbirləri irəlilətməyə dərindən sadiqdir. Bu gün biz iqlim dəyişikliyi ilə mübarizədə turizmin həlledici rolunu müzakirə etmək üçün dünyanın hər yerindən nazirləri, liderləri və maraqlı tərəfləri bir araya gətirməkdən şərəf duyuruq..Turizmin COP29 gündəliyinə daxil edilməsi sektor üçün dönüş nöqtəsidir. Bu, milli hökumətlərin, özəl sektorun və vətəndaş cəmiyyətinin transformativ dəyişikliyi təmin etmək üçün birlikdə işləməyə çağırışıdır. Azərbaycan COP29-un ev sahibi kimi bu mühüm dialoqa rəhbərlik etməkdən qürur duyur".

BMT-nin Ətraf Mühit Proqramının icraçı katibi İnqer Anderson isə deyib ki, dünyada atmosferə buraxılan karbon emissiyalarının 8,8 %-i turizm sektorunun payına düşür:

"2030-cu ilə qədər dünyada karbon emissiyaları 41 % azalmalıdır ki, 1,5 dərəcə həddində qala bilək. Karbon emissiyalarını cəmi 28 % azaltsaq, 2 dərəcə həddinə çatacağıq. Odur ki, bu istiqamətdə çalışmaq üçün cəmi 5 ilimiz qalıb. Qlobal emissiyaların 8,8 %-i turizm sektorunun payına düşür: "Bu göstəricinin 70 %-i nəqliyyat vasitələrinin payına düşür. Bundan başqa, turizm sektorunda plastik və s. kimi materiallar istehlak olunur".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər