21 Noyabr 14:25
221
12 Punto 14 Punto 16 Punto 18 Punto

"480-490 min vətəndaşımız məşğulluq orqanlarında qeydiyyatdadır".

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, məşğulluqda qeydiyyatda olan şəxslərə 2-3 dəfə iş təklif edilərsə, üzrlü səbəb göstərilmədən işdən imtina olunarsa, onların işsiz statusu ləğv edilir:

"480-490 min vətəndaşımız məşğulluq orqanlarında qeydiyyatdadır. Onların yarısı işsiz kimi, təqribən bir o qədəri də iş axtaran kimi qeydiyyatdadır. İş axtaran şəxslər işi olan, amma yeni iş axtaran şəxslərdir. Niyyətimiz qətiyyən passiv alətlərin artırılması deyil. Biz daha çox aktiv alətlərə vəsait verməyin tərəfdarıyıq".


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər