23 Noyabr 23:23
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir korpusunun sabiq komandiri Çingiz Şəfiyev vəfat edib.

Teleqraf.com xəbər verir ki, o, 56 yaşında dünyasını dəyişib.

Onun uzunsürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Ç.Şəfiyev uzun müddət Müdafiə Nazirliyinin tərkibində hərbi hissə və birləşmələrdə komandir vəzifəsində xidmət edib. O, 2011-ci ildə N saylı hərbi hissədə baş vermiş əsgər ölümlərinə görə vəzifəsindən azad edilmiş, general-mayor rütbəsi bir pillə aşağı salınmışdı. Onu bu vəzifədə hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərov əvəzləmişdi.

Çingiz Şəfiyev son olaraq idmanın cüdo sahəsində çalışırdı. O, bu il “Judo Club 2012” idman klubunun direktoru vəzifəsinə təyin olunmuşdu. (Qafqazinfo.az)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər