"Bir sıra məsələləri elə bil qəsdən edirlər ki, camaat narazı qalsın. Qazilərimizə verilən 80 manat ayıb rəqəmdir".
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.
"Bizim qəhrəman oğlanlarımıza, qazilərimizə bu nə müavinətdir verilir? Hamı bundan narazılıq edir, qazilər üstümüzə gəlir", - deyə deputat bildirib.