11:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət büdcəsinin sosialyönümlü xərcləri hər il dinamik olaraq artır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, sosial təminatın daha da gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir:

“Vətən müharibəsindən sonra, 2021-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin məbləği 12 milyard 202 milyon manat idisə, bu göstərici 2022-ci ildə 13.7 milyard manat, 2023-cü ildə 15.2 milyard manat, 2024-cü ildə 15 milyard 539 milyon və nəhayət 2025-ci il üçün 16 milyard 909 milyon manat nəzərdə tutulub”.

Vüqar Bayramov vurğulayıb ki, 2021-ci illə müqayisədə 2025-ci ildə sosialyönümlü xərclər 4 milyard 707 milyon artıq olacaq.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər