14:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlanılır.

Teleqraf.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, işlərin icrası üçün “EL EPCM” MMC ilə dəyəri 41.505.291,51 AZN (41 milyon 505 min 291 manat 51 qəpik) olan müqavilə imzalanıb. Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işlərinə dekabrın ilk günlərindən başlanılacaq

İlkin olaraq, “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işləri həyata keçiriləcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı hazırlıqlara başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər