15:54
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Büdcə ilə bağlı bütün məsələlər İqtisadiyyat Nazirliyinin daimi nəzarətindədir. Əgər hansısa konkret məsələ ortaya çıxarsa, biz dərhal buna baxacağıq, həll etməyə çalışacağıq”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

"Deputatlarımız tərəfindən çox sayda suallar qaldırıldı. O suallar qeydiyyata alınıb. İqtisadiyyat Nazirliyi tərəfindən araşdırılır. Bunlar həmişəki kimi insanların rifah halının yaxşılaşdırılmasına istiqamətlənib. Hər biri müsbət istiqamətdə həllini tapır. Qaldırılan məsələlər arasında həll olunması mümkün olmayanı yoxdur", - deyə nazir müavini əlavə edib.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər