Sumqayıtda partlayış baş vermiş binadakı dağıntılar altında kiminsə olması ehtimal edilir.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev deyib.
"Bildiyimiz kimi 06:42 dəqiqələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərinə Nəzarət Mərkəzinə daxil olmuş məlumata əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyov küçəsində, 19-cu binada baş vermiş partlayış hadisəsi ilə bağlı Sumqayıt Regional Mərkəzinin Operativ Məlumat xidməti təcili hadisə yerinə cəlb olunub.
Eyni zamanda Nazirliyin Xüsusi Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğın Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub. Bu saata olan məlumata əsasən, dağıntılar altında tərəfimizdən üç nəfər xəsarət alanmış şəxs çıxarılıb və təhvil verilib. Hazırda axtarış xilasetmə işləri davam etdirilir".