14:24
284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 3-də Sumqayıt şəhərindəki yaşayış binasında baş vermiş partlayışda xəsarət alaraq Bakıda özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilən Əliyev Ramin və onun oğlu Əliyev Ayxanın vəziyyəti ağırlaşıb.

Yaxınlarının Teleqraf.com əməkdaşına verdikləri məlumata görə, ailə ata və oğulu xəstəxanadan çıxararaq evə aparmalı olub.

***

12:38

Dekabrın 3-də Sumqayıt şəhərində yaşayış binasında baş vermiş partlayışda xəsarət alan 3 nəfər Bakıda xəstəxanalardan birinə yerləşdirilib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə,1977-ci il təvəllüdlü Əliyev Ramin Zakir oğlu, 2007-ci il təvəllüdlü Əliyev Ayxan Ramin oğlu və 2010-cu il təvəllüdlü Əliyeva Familə Ramin qızının müalicəsi özəl tibb müəssisənin reanimasiya şöbəsində davam etdirilir.

“Hazırda xəsarət alan hər 3 nəfər klinikanın reanimasiya şöbəsindədir. Müalicələri davam etdirilir”, - xəstəxanadan sorğumuza cavab olaraq bildirilib.

TƏBİB-dən Teleqraf.com-a verilən məlumata görə, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə TƏBİB-in tibb müəssisələrinə hospitalizasiya olunan 6 nəfərdən 2 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfər stasionar müalicədən imtina edib, 3 nəfər isə paytaxtda yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.

Qeyd edək ki, dekabr ayının 3-də Sumqayıt şəhərində, 13-cü mikrorayonda yerləşən mənzildə partlayış baş vermiş partlayış nəticəsində 6 nəfər dağıntılar altından xilas edilib.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər