Əməkdar jurnalist, "LAF" TV-nin təsisçilərindən olan Afət Telmanqızı yeni vəzifəyə təyin olunub.
Teleqraf.com xəbər verir ki, Afət Telmanqızı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Məhərrəmova Afət Telman qızı 7 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib.
Ali məktəbdə oxuduğu illərdə - 1993–1997-ci illərdə "Səhər" qəzetində", "Müxalifət", "Millət" qəzetlərində, AZTV-də təcrübə keçib. 1997-ci ildən rəsmi əmək fəaliyyətinə başlayıb. 2000-ci illərdə " Yeni Müsavat" qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub.
ANS TV fəaliyyətini dayandırdıqdan sonra Space TV-də Xəbərlər Departamentinin baş redaktoru, Real TV-də şef redaktor və Real İntervyu verlişinin aparıcısı olub.
2020-ci il mayın 28-i tarixində həmkarı Ləman Ələşrəfqızı ilə birgə LAF TV-ni təsis edib.
Ailəlidir, 2 övladı var.//Bakıvaxtı.az