5 Dekabr 2024 12:47
247
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İqlim böhranı həm də uşaqların böhranı deməkdir. Çünki iqlim dəyişiklikləri uşaqlara birbaşa təsir göstərən amillərdəndir".

Teleqraf.com xəbər verir ki, bunu UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda çıxışı zamanı deyib:

"İqlim dəyişiklikləri ilə bağlı qlobal səviyyədə xəstəliklərin 88 faizi beş yaşından aşağı uşaqların payına düşür. İqlim dəyişikliklərinin ən çox diqqətdən kənarda qalan fəsadlarından biri onun təhsilə olan təsiridir. Daşqınlar və kəskin hava şəraiti uşaqların təhsilə çıxışını məhdudlaşdırır, onların məktəbə getmələrində maneələr yaradır. Bunu nəzərə almaq olduqca vacibdir. Gənc qızların təhsillə təmin edilməsi və erkən yaşlardan bu sahəyə sərmayə qoyulması böyük əhəmiyyət daşıyır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər