5 Dekabr 2024 17:39
239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın ilk günü başa çatıb.

Teleqraf.com xəbər verir ki, tədbirin ilk günündə müxtəlif mövzularda panel sessiyaları keçirilib.

Konfrans sabah mədəni hissə ilə davam edəcək və iştirakçılarla birlikdə Zirədəki Ekoparkda ağacəkmə aksiyası baş tutacaq.

Xatırladaq ki, tədbirdə 51 ölkədən 100-dən çox qonaq iştirak edir.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər