5 Dekabr 2024 23:26
267
12 Punto 14 Punto 16 Punto 18 Punto

UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş "Azərbaycanda təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti" nominasiyasının sertifikatı xüsusi mərasimdə rəsmi şəkildə ölkəmizə təqdim olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı Milli Komissiyasından məlumat verilib.

Bildirilib ki, təqdimetmə Paraqvayın Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyası çərçivəsində baş verib.

Qeyd edək ki, “Azərbaycanda təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti” adlı milli nominasiyası UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bu barədə qərar UNESCO-nun Paraqvayın Asunsion şəhərində keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 19-cu sessiyasında verilib. UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən müvafiq meyarlar üzrə müsbət rəy alan nominasiya faylına dair qərar dekabrın 3-də elan edilib. Bununla da UNESCO-nun Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 24-ə çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər