15 May 2014 17:18
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) mayın 23-də ümumresprublika yarmarkası keçiriləcək.

Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, yarmarka Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Naziriyinin dəstəyi ilə baş tutacaq.

Yarmarkada 90-dan çox dövlət qurumu, sənaye müəssisələri, şirkət və banklar iştirak edəcək.

Yarmarkada tələbələrə müxtəlif ixtisaslar üzrə vakant iş yerləri, staj keçmə, təqaüd və təcrübə proqramları təqdim olunacaq.

Yarmarkada ölkəmizdə və xaricdə təhsil almış 2500-ə kimi məzunun iştirakı gözlənilir. Artıq 7 ölkənin (Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Avstriya, Bolqarıstan, Estoniya) 40 universitetinin məzunu iştirak etmək üçün rəsmi qeydiyyatdan keçib.

Tədbirdə gənclərə 1000-ə yaxin vakant iş yerləri təklif olunacaq.

Fidan Əliyeva


Müəllif: