Seçicilərin sayının artım dinamikası ilə əlaqədar olaraq, 1 saylı Şərur-Sədərək və 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin hər biri üzrə 1 əlavə seçki məntəqəsi yaradılmasına qərar verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov məlumat verib.

O bildirib ki, seçki ilə bağlı fəaliyyət aktivləşib:

"Artıq bəzi dairələrin tərkibindəki məntəqələrdə müəyyən dəyişikliyə və yeni seçki məntəqələrinin yaradılmasına zərurət yaranıb".