10 Dekabr 16:23
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial layihələri ilə seçilən “Final” çayın ən maraqlı layihələrindən biri də “Çaybulans”-dır.

Sevilən markanın “Çaybulans” maşını uzun müddət idi ki, paytaxtın müxtəlif ərazilərini dolaşır, sakinləri nəfis Şri-Lanka çayına qonaq edirdi.

Bu dəfə isə “Çaybulans” bölgələrə yola düşüb.

Gəncə, Samux, Goranboy, Mingəçevir, Göygöl və Şəkidə müxtəlif ərazilərdə gəzən “Çaybulans” yağışlı payız günlərində əhaliyə isti “Final” çayı ikram edib.

Qeyd edək ki, 30 il öncə istehlakçılara təqdim edilən və Azərbaycanın bütün bölgələrində hər zövqə uyğun çay çeşidləri ilə rəğbət qazanan “Final” çay eyni keyfiyyətə sadiq qalaraq, bir klassikanı yaşadır və hər kəsi həmdəm olmağa dəvət edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər