15 May 2014 17:28
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən çox şadam ki, hazırda biz bu tarixi ədaləti bərpa edirik”.

Bakıda “İnturist” oteli tikilir.

Teleqraf.com AzərTac-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” otel kompleksinin açılış zamanı deyib.

Onun sözlərinə görə, bu çox əlamətdar hadisədir:

“Çünki Bakının vaxtilə - 1950-1960-cı illərdə ən məşhur oteli “İnturist” idi. Sonra “Yeni İnturist” tikildi, bunun adı oldu “Köhnə İnturist”. Sonra isə əfsuslar olsun ki, o, sökülmüşdür, yerində başqa bina tikilib. Ancaq bakılıların xatirəsində həmişə “İnturist” oteli yaşayır.

Mən çox şadam ki, hazırda biz bu tarixi ədaləti bərpa edirik. “İnturist” oteli tikilir. Adı da “İnturist” olacaq. Təxminən əvvəlki “İnturist”in yerinə çox yaxın bir yerdə tikilir. Dənizə mənzərəsi açılır və Yeni Bulvarın arxasında yerləşir. Eyni zamanda, Ağ şəhər bulvarında - bulvarın əks istiqamətində yeni böyük otel tikilir. Beləliklə, Bakıda beşulduzlu otellərin sayı ən azı ona çatacaqdır. Yəni, bir neçə il ərzində beşulduzlu on otelin fəaliyyətə başlaması özlüyündə ölkəmizin nə qədər sürətlə inkişaf etdiyini göstərir.

Turistlərin sayı, qonaqların sayı artır və hər qonaq, hər halda mənimlə görüşən xarici qonaqlar Bakı haqqında, Azərbaycan haqqında çox yüksək fikirdədirlər. Azərbaycanın inkişafı, Bakının gözəlliyi onları heyran edir”, - deyib İlham Əliyev.


Müəllif: