Gəncənin ən çox qəza baş verən küçəsində növbəti hadisə baş verib, iki maşın toqquşub.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Ozan küçəsi ilə Xudat Rəfibəyli küçəsinin kəsişməsində baş verib.
“Hunday Santafe” və “Audi” markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza zamanı bir nəfər xəsarət alıb.
Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma başlanılıb.
Məlumat üçün bildirək ki, bu, sözügedən ərazidə ilk hadisə deyil. Son bir neçə ayda Ozan və Xudatbəy Rəfibəyli küçələrinin kəsişməsində 20-dən çox qəza qeydə alınıb.