10:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda "Dərnəgül-Bakmil" istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb.

Teleqraf.com bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, qrafikə uyğun olaraq "Bakmil" stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər