“Qadınların diplomatik xidmətdə fəaliyyətlərinin artmasını dəstəkləməliyik. Qadın səfirlərin sayı hələ də azdır. Bu məsələ də qanunda əksini tapa bilərdi".
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Nigar Arpadarai “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşunun müzakirəsi zamanı deyib.
O bildirib ki, qanun layihəsi peşəkarlıqla hazırlanıb:
"Bir neçə təklifim var. Qadınların diplomatik fəaliyyətinin artırılmasına ehtiyac var. Yaşlı peşəkar diplomatlarımız var, ancaq indi onlara səfirliklərdə, Xarici İşlər Nazirliyində uyğun vakansiya yoxdur. Həmin diplomatlar məsləhət şuralarında fəaliyyətləri ilə ölkəyə fayda verə bilərlər".