Azərbaycanda 2025-ci il yanvarın 29-da keçirilməsi qərara alınan bələdiyyə seçkilərində beş partiyanın səlahiyyətli nümayəndəsi qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında müzakirə aparılıb.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən Ədalət, Hüquq, Demokratiya Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, "Ana Vətən" Partiyası və Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.