"Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə 40 milyon manat artırılıb".
Teleqraf.com xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, gələn il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çoxdur), xərclərinin isə 41 milyard 407,6 milyon manat (+4,2 %) olacağı gözlənilir: "Dövlət və icmal büdcələrinin kəsirlərində hər hansı dəyişiklik baş verməyəcək, onlar ilkin təqdim olunmuş büdcə layihəsindəki kimi saxlanılır".
Samir Şərifov əlavə edib ki, Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1 milyon manat və ya 20 faiz artırılması nəzərdə tutulub.