Masallıda ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş meşə materiallarından istifadə faktları aşkarlanıb.
Teleqraf.com-un Cənub bürosu xəbər verir ki, polis əməkdaşları tərəfindən ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş meşə materillarından istifadə edilməsi hallarına qarşı tədbirlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilən tədbirlər zamanı Masallı rayonu Böyük Xocavar kəndi ərazisində 3 ağac emalı sexində qızılağac və fıstıq kimi meşə materialları aşkarlanıb.
Aşkarlanan faktlarla bağlı akt tərtib edilib.