Goranboy rayonunda polis mayorunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hərəkətdə olan "KİA" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində iki nəfər - polis mayoru Ceyhun Axundov və dostu Zəfər Cəfərov ölüb. C.Axundovun Dövlət Yol Polisində müstəntiq işlədiyi bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.