Tovuz rayonunun Aşağı Quşçu kəndindəki 1 nömrəli tam orta məktəbdə baş verən kütləvi zəhərlənmədən sonra problem aradan qaldırılıb.

Teleqraf.com-un Qərb bürosu xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub:

"Hazırda təhsil sektorunun nümayəndələri də məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır".

***

09:35

Tovuz rayonunun Aşağı Quşçu kəndindəki 1 nömrəli tam orta məktəbdə baş verən kütləvi zəhərlənmədən sonra tədris bərpa olunub.

Bu barədə Teleqraf.comun Qərb bürosunun sorğusuna cavab olaraq Tovuz-Qazax Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, dekabrın 19-dakı hadisədən sonra təhsil ocağında tədris yenidən başlayıb: "Hazırda məktəbdə dərslər keçirilir, amma davamiyyət zəifdir".

Məlumata görə, dövlət qurumları məktəbdə araşdırmalarını davam etdirirlər.

Xatırladaq ki, dekabrın 19-da Tovuz rayonunun Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 71 nəfər zəhərlənib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.