10:03
243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər iddia edirlər ki, hamiləlikdən ən azı üç ay əvvəl qidalanmaya diqqət yetirməklə qız və ya oğlan uşağı sahibi olmağı seçmək ehtimalı 80 faizə qədərdir. Sağlam qidalanma körpənin cinsiyyətində mühüm rol oynayır.

Teleqraf.com-un verdiyi məlumata görə, qidalanma tərzi həm hamilə qalma şansına, həm də körpənin cinsiyyətinə təsir edir. Hamiləlikdən ən azı üç ay əvvəl başlanacaq xüsusi pəhrizlə qız və ya oğlan uşağı sahibi olmaq ehtimalı 80 faizdir.

Qız uşağı istəyənlər: ət məhsullarını məhdudlaşdırmalı, duzsuz və turş qidalar qəbul etməlidir.

Oğlan uşağı istəyənlər: şirin və duzlu qidalara üstünlük verməlidir.

Cinsiyyəti təyin edən pəhriz tövsiyələri

Oğlan uşağı istəyənlər üçün qidalanma:

- Şirin qidalar: Meyvə və tərəvəzlərdən şirin olanlara üstünlük verilməlidir. Süd tərkibli şirinlər də uyğun gəlir.

- Duz: sağlamlıq problemi yoxdursa, qidalar mümkün qədər duzlu qəbul edilməlidir.

- İçkilər: çay, qəhvə və təzə meyvə şirələri.

- Ət: bütün növ ətlər və şarküteriya məhsulları sərbəst şəkildə istehlak edilə bilər.

- Balıq: duzlanmış və qurudulmuş balıqlar (sardina, tuna, uskumru və s.) tövsiyə olunur.

- Dənli bitkilər: düyü, irmik, un və duzlu biskvitlər qəbul edilə bilər.

- Meyvələr və tərəvəzlər: bütün meyvələr sərbəstdir. Kələm, lobya, noxud və mərci kimi tərəvəzlər də məsləhətdir.

Qız uşağı istəyənlər üçün qidalanma:

- Turş meyvələr: daha çox limon, nar və ya digər turş meyvələrə üstünlük verilməlidir.

- İçkilər: gündə ən azı bir litr süd içilməsi tövsiyə olunur.

- Ət: gündə maksimum 130 qram, yalnız qaynadılmış şəkildə.

- Balıq: təzə və ya dondurulmuş balıq duzsuz şəkildə istehlak edilməlidir.

- Tərəvəzlər: kartof (həftədə ən çox 3 dəfə), soğan, şalgam, yerkökü kimi tərəvəzlər qəbul edilə bilər.

Mütəxəssislər vurğulayır ki, bu tövsiyələrə əməl etməklə istənilən nəticələr əldə edilə bilər. Ancaq pəhriz həkim nəzarəti ilə həyata keçirilməlidir.


Müəllif: Mələksəda Zeynallı

Oxşar xəbərlər