21 Dekabr 20:04
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İsraili dəstəkləməklə Yaxın Şərq regionunu zəiflətmək məqsədi güdür.

Teleqraf.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Misirin "Alghad" kanalına müsahibəsi zamanı bildirib.

XİN rəhbəri, Suriyada Bəşər Əsədin devrilməsini İsrail və ABŞ-nin birgə böyük layihəsi adlandırıb: "Burada məqsəd region ölkələrinin İsrailə qarşı müqavimətini sındırmaqdır".

İsrailin Qəzzada apardığı müharibə dövründə regionda baş verən hadisələrə də toxunan nazir, Misirin atəşkəslə bağlı səylərini alqışladığını deyib.

O, İran və Hizbullah təşkilatının bu müharibənin başlamasına səbəb olmadığını vurğulayıb: "Ötən il oktyabrın 7-si İsrail ərazisinə edilən hücum HƏMAS qruplaşmasının şəxsi qərarı olub və bu istiqamətdə İranla heç bir məsləhətləşmə aparılmayıb. Müharibə 14 aydır davam edir, bu müddət ərzində İsrail HƏMAS-ın öhdəsindən gələ bilmir".


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər