13:20
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakıdakı bütün poliklinikalar yeni avadanlıqlarla təmin olunub, köhnə avadanlıqlar istismardan çıxarılıb”.

Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov mətbuat konfransında Teleqraf.com-un sualına cavab olaraq deyib.

O bildirib ki, Bakı şəhərindəki bütün poliklinikalarda rentgen cihazları yenilənib.

“Vətəndaşların yaşadıqları ərazidə daha yaxşı xidmət görmələri üçün tədbirlər görülüb. Təcili yardımın gecikməsinə gəlincə, belə hallar var. Ancaq əvvəlki dövrlərlə müqayisədə kəskin şəkildə azalıb.
Bununda səbəbi odur ki, Təcili Tibbi Yardım Xidməti Mərkəzi çox böyükdür. Həm əməkdaş sayına, həm infrastrukturuna görə TƏBİB tabeli müəssisələrin ən böyüklərindən biridir. Burada islahatların həyata keçirilməsi müddət alır. Çağrı mərkəzinin, proqram təminatının yenilənməsiylə bağlı ciddi işlər görülüb”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər