25 Dekabr 16:20
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) birgə təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında iki cildlik “Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi ad” kitabının təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, təqdimatda Azərbaycanın elm və ictimai sektor nümayəndələri iştirak edib.

Təqdimatda AMEA prezidenti akademik İsa Həbibbəyli, ABİA idarə heyətinin sədri Elçin Əsgərov, AMEA Tarix və Etnologiya İnstitutunun Baş direktoru professor Kərim Şükürov, Xarici İşlər Nazirliyinin xüsusi tapşıırıqlar üzrə səfiri Elşad İskəndərov, deputat Naqif Həmzəyev, İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və başqaları çıxış ediblər.

ABİA idarə heyətinin sədri Elçin Əsgərov öz çıxışında 8 bölümdən və 1001 başlıqdan ibarət olan ensiklopediya haqda məlumat verib.

“Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi adlar” ensiklopediyası ABİA-nın təşkilatçılığı, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun dəstəyi ilə bir il ərzində ərsəyə gəlib və Şah İsmayıl Səfəvinin xatirəsinin 500 illiyinə həsr olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər