Bu gün Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olan Mahmud Tutunçuyev tələbə imiş.
Teleqraf.com xəbər verir ki, bu barədə tələbənin yaxınları sosial mediada məlumat paylaşıb.
Əslən Balakəndən olan 20 yaşlı M.Tutunçuyev Bakı Avrasiya Universitetinin tələbəsi olub.