"Təcrübəli pilot idi, əks halda qəzadan bu qədər sərnişin sağ çıxmazdı".
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərlə açıqlamasında qəzaya uğrayan təyyarənin kapitanı İqor Kşnyakinin dostu İsfəndiyar Müslümov deyib.
O, sonuncu dəfə dostu ilə srağagün əlaqə saxladığını bildirib: "Telefon vasitəsiylə əlaqə saxladıq, hal-əhval tutduq. Uçuşa hazırlaşırdı, əhvalı yaxşı idi. İqorun 62 yaşı var. Xaraktercə mükəmməl insan və dost idi".