Vətənə gətirilən yaralılardan bəzilərinin səhhəti orta-ağırdır.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini İlqar Qasımov deyib.

O əlavə edib ki, bu gün gətirilən yaralılar arasında uşaq da var və onun vəziyyəti orta-ağırdır.

Nazir müavini hazırda Bakıya gətirilən yaralıların Yeni Klinikada yerləşdiriləcəyini bildirib.

İlqar Qasımov əlavə edib ki, Qazaxıstanda olan 3 nəfərin vəziyyəti ağırdır və süni nəfəs aparatına qoşulublar.

Onun sözlərinə görə, yaralıların vəziyyəti stabilləşəndə ölkəyə gətiriləcək.