27 Dekabr 12:09
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bəzi ərazilərinə qaz limitinin tətbiq olunması təklif olunub.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisinin plenar iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, dağlıq rayonlara, Naxçıvana yanaşma Aran bölgələrindən fərqli olmalıdır:

“Bu ərazilərdə qışın müddəti uzundur. Şaxtanın dərəcəsi mənfi 40-a qalxır. Şaxtalı havada istiliyə ehtiyac var. İstilikdən geniş istifadə etmək maddi tələbatdır. Bu baxımdan, blokada olmağını və digər məsələləri nəzərə alaraq Naxçıvana hansısa limitlərin tətbiq olunmasına ehtiyac var. Gələcəkdə komitə sədrlərinin bu məsələyə diqqət yetirməsini xahiş edirəm. Çalışmalıyıq ki, orada yaşayan insanların da istiliklə təminatı yüksək səviyyədə həyata keçsin".


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər